Aynar Məmmədovdan deputatlara CAVAB

Aynar Məmmədovdan deputatlara CAVAB
  25 Aprel 2014    Oxunub:1208
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov millət vəkillərinin haqqında bildirdiyi fikirlərə reaksiya verib.
AzVision.az-ın məlumatına görə, A.Məmmədov facebook səhifəsində deputat Sabir Rüstəmxanlı və YAP funksioneri Siyavuş Novruzovun mətbuata verdiyi açıqlamaları paylaşaraq parlamentarilərin fikrilərinə hörmətlə yanaşdığını ifadə edib.

Aynar Məmmədov deputatlara yanlız bir sözlə - Respect ( ingiliscədən tərcümədə hörmət deməkdir-red) cavab verərək onların mövqeyindən məmnun olduğunu gizlətməyib.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı mətbuata açıqlamasında Aynar Məmmədovun müxafiəsinə qalxaraq onunla bağlı səslənən fikirlərə etiraz edib:

“O, öz sahəsini kifayət qədər peşəkar bilən adamdır. Onun övladlarını qudurğan saymaq, qətiyyən, doğru deyil. Əgər yadınızdadırsa, bir zamanlar Kəmaləddin Heydərovun da oğlunun barəsində belə yazılar çap olunurdu. Amma sonradan məlum oldu ki, o xaricdə təhsil almış kifayət qədər tərbiyəli və qabiliyyətli oğlandır. Yaxud Ziya Məmmədovun oğlu Anar Məmmədovun da haqqında belə yazılar yazılırdı. Amma Anar Məmmədov bu yazıları yazan insanlardan daha çox mühüm işlər görüb”.

YAP-çı deputat S.Novruzov da Elton Məmmədovun övladlarının ağıllı və tərbiyəli olduqlarını bildirib.

“Onların pis hərəkətini görməmişəm. Ötən gün mən ümumilikdə məmur övladları, onların dəbdəbəli həyatı və fəaliyyəti haqqında söz demişəm. Lakin bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub”.

Anar RÜSTƏMOV


Teqlər:  



Xəbər lenti