Tibb bacıları bu gün imtahan verir
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, imtahanın ilk mərhələsində sualların 60 faizindən çoxuna cavab verən namizədlər ikinci mərhələyə - müsahibəyə dəvət olunacaq.
İmtahandan keçə bilməyən tibb bacılarına yenidən imtahan verə bilmək üçün 6 ay möhlət veriləcək. İkinci dəfə uğursuz nəticə əldə edən tibb bacıları işi ilə vidalaşmalı olacaq. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.
Qeyd edək ki, test imtahanları saat 11.00-da Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçiriləcək.
Mirvari Nəcəf







Vaxtında, Aydın, Lazımlı!


