Jurnalistlərə mane olanların işinə Prokurorluq baxacaq
Redaksiyamız Milli Məclisdən qanunlara edilmiş dəyişikliklərin mahiyyətini müəyyənləşdirib. Bəlli olub ki, 27 dekabr 2013-cü il tarixli qanunla Cinayət Məcəlləsinə “Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərə cəlb edilməsi”nə görə cinayət məsuliyyəti müəyyən edən 162-1-ci maddə əlavə edilib.
Hazırda Milli Məclisin müzakirəsində olan qanun layihəsinə əsasən isə, həmin əmələ görə cinayət işi prokurorluqda başlandıqda, istintaqın prokurorluqda aparılması nəzərdə tutulur. Bununla əlaqədar Cinayət-Prosessual Məcəllənin 215.3.1-ci maddəsində “154-164” rəqəmlərinin “154-162, 162-1 (cinayət işi prokurorluqda başlandıqda), 163, 164” sözləri ilə əvəz edilməsi təklif edilir.
“Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma” cinayətinin istintaq aidiyyatı ilə bağlı isə qanunlara heç bir dəyişiklik nəzərdən keçirilmir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


