Bu gün 20 dərəcə isti olacaq

Bu gün 20 dərəcə isti olacaq
  26 Aprel 2014    Oxunub:1169
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında aprelin 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 8-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə aprelin 26-da arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.



Teqlər:



Xəbər lenti