İlham Əliyev iki ölkənin prezidentlərini qəbul edib

İlham Əliyev iki ölkənin prezidentlərini qəbul edib
  27 Aprel 2014    Oxunub:882
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi vurğulanıb.

Söhbət zamanı Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev aprelin 27-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçini də qəbul edib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə ediləcək məsələlərin ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.


Teqlər:  



Xəbər lenti