Hüquq müdafiəçisinin evində axtarış aparıldı
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən "AzVision.az-a verilən məlumata görə, Hüquqi qeydiyyat keçməyən Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılıb. Mənzildən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülüb.







Vaxtında, Aydın, Lazımlı!


