Gəncə Heydər Əliyevin ad gününü qeyd edir - FOTOLAR

Gəncə Heydər Əliyevin ad gününü qeyd edir - FOTOLAR
  10 May 2014    Oxunub:2093
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Gəncə şəhərində də böyük təntənə ilə qeyd edilib.
Bu gün şəhərin Mərkəzi meydanında Heydər Əliyevin ucalan abidəsi önündə tədbir keçirilib.

Tədbir Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət Himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başda olmaqla şəhərin idarə, müəssisə təşkilatların rəhbərləri abidəni ziyarət edərək görkəmli dövlət xadiminə ehtiramlarını bildiriblər.

Sonra meydana toplaşanlar növbə ilə abidə önünə tər güllər qoyaraq xalqın xilaskarı olan ulu öndərə öz məhəbbətlərini ifadə ediblər. Bayram tədbiri beləcə bütün gün davam edib.












Teqlər:  



Xəbər lenti