Teleaparıcı məhkəmə zalında həbs edildi

Teleaparıcı məhkəmə zalında həbs edildi
  15 May 2014    Oxunub:1499
Bakı Ağır Cinayətlər Məhkəməsində bir sıra telekanallarda kriminal rubrikanın aparıcısı işləmiş Azər İsrafilovun məhkəməsi başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Azər İsrafilova 7 il cəza verilib. Zamində olan teleaparıcı məhkəmə zalından həbs edilib. Azər İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Xətai rayon Məhkəməsi isə Azər İsrafilovun barəsində başlanan cinayət işinin yenidən araşdırılması ilə bağlı qərar qəbul edib.

Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib. O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın “Qanundan kənar” verilişinin müxbiri kimi fəaliyyət göstərib. O ötən ilin iyun ayında İTV-dən ayrılıb./teleqraf.com/


Teqlər:  



Xəbər lenti