Nigeriya “Boko Haram” qarşısında acizdir
ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin Afrika ilə əlaqələr alt komitəsində Nigeriyada “Boko Haram” və qız şagirdlərin qaçırılmasıyla bağlı iclas keçirildiyini deyən Çekson “Bu böhranın həlli ABŞ üçün ən prioritet məsələdir” deyərək münasibət bildirib. O, iclasda Nigeriyanın təhlükəsizliyi və “Boko Haram”ın getdikcə böyüyən təhlükəyə çevrildiyi müzakirə olunduğunu deyib.
Senatorların “Boko Haramın” daha əvvəldən ABŞ-ın xarici terror təşkilatları siyahısına salınmadığına münasibət bildirən dövlət rəsmisi Nigeriya hökumətinin bu mövzuda ehtiyat etdiyini qeyd etdi. Onun sözlərinə görə, hökumət terror aktlarını nəzərə alaraq bu təşkilatın qara siyahıya salınmasının əleyhinə çıxıb.
Nazirlik rəsmisi “Boko Haram”ın xristianlara qarşı yaradılan bir təşkilat olduğu sualına cavab verərkən deyib: “Bu reallıq var. Təşkilatın tərkibində çoxlu sayda xristian əleyhdarlar var. Amma fakt budur ki, mindən çox müsəlman ölüb, xristian yox”.
Müdafiə nazirliyinin Afrika ilə əlaqələr direktoru Alis Frend “Boko Haram” təhdidinin son beş ildə böyüdüyünü və daha təcrübəli və ölümcül hala gəldiyini qeyd edib. Təşkilatın Nigeriya ordusuna da sıza bildiyinə işarə edən Frend Nigeriya ordusunun terror təşkilatının texnika və təcrübəsi qarşısında aciz qaldığını qeyd edib.(axar.az)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


