Deputatlarımız Somaya yardım kampaniyasına başladı
Qızıl Aypara Cəmiyyətindən AzVision.az-a verilən məlumata görə, bu kampaniya daha çox millət vəkillərinin təşəbbüsü ilə başlayıb.
Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, dünya təcrübəsinə əsaslanaraq, xüsusilə Beynəlxalq Hərəkatın missiyasına uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti belə kampaniyalar keçirib. Misal üçün Türkiyənin Van vilayətində və İranın şərqi Azərbaycan ərazisində baş vermiş zəlzələdən, Somalidəki səfalətdən əziyyət çəkənlərə maddi yardım məqsədilə belə uğurlu kampaniyalar keçirilib. Yerli hökumət və qeyri-hökumət strukturları, ayrı-ayrı şəxslər, iş adamları, müxtəlif şirkətlər və millət vəkilləri bu kampaniyalarda fəal iştirak ediblər.
Sevinc İltifatqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


