Siyavuş Novruzovdan deputatlara: “Allah qarşısında hesabat verin”

Siyavuş Novruzovdan deputatlara: “Allah qarşısında hesabat verin”
  21 May 2014    Oxunub:958
“Bəzi nazir müavinləri əllərində pay götürür, guya ki, insanlara paylayırlar”.

“Yaxşılıq gizli qalmalıdır. Sağ əlin verdiyini sol əl bilməməlidir”.


Bunu AzVision.az-a açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib. Deputat həmkarlarının Somaya etdiyi yardımdan söz açan S.Novruzov parlament üzlərinin mətbuatda bunu reklam etməsini qınayıb.

Onun sözlərinə görə, belə bir addımın atılması yol verilməzdir: “YAP olaraq o vaxt buna qarşı çox çıxış etdik. Görürdün ki, hansısa nazirliklər, komitələr qaçqın şəhərciklərinə yardım aparır və onu televiziyaya çəkdirir. Bəzi nazir müavinləri əllərində pay götürür, guya ki, insanlara paylayır. Əgər xeyirxahlıq məqsədilə bu addımı atırsansa, hesabatı Allahın qarşısında ver. Başqa bir yerə hesabat verməyə ehtiyac yoxdur. Kim nə edirsə, hansısa addımı atırsa, Allah qarşısında hesabat verməlidr. Hər hansı bir bəndə qarşısında yox. İstər pis əməli olsun, istərsə də yaxşı”-deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin 20-ə yaxın deputatı Somada baş verən faciə qurbanlarına maddi yardım göstəriblər.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti