Xanım deputatdan rüşvət tapşırığı

Xanım deputatdan rüşvət tapşırığı
  21 May 2014    Oxunub:1314
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili, professor Gülçöhrə Məmmədova sessiya öncəsi tələbələrlə görüşüb.
Universitetdən AzVision.az-a verilən məlumata görə, rektor-deputat tələbələrin problemləri ilə maraqlanıb.

Tələbələri narahat edən sualları cavablandıran rektor imtahan prosesində rüşvətin yolverilməz olduğunu bildirərək dekanlara ciddi xəbərdarlıq edib.

Professor G.Məmmədova fakültə dekanı və kafedra müdirlərinə sessiyaya qədər tələbələrlə vaxtaşırı görüşmək, məsləhət saatlarını keçirmək barədə göstərişlər verib.



Teqlər:



Xəbər lenti