İlham Əliyev Yəmən prezidentini təbrik etdi

İlham Əliyev Yəmən prezidentini təbrik etdi
  21 May 2014    Oxunub:1557
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadini təbrik edib.
Təbrikdə deyilir: `Hörmətli cənab Prezident, Yəmən Respublikasının milli bayramı – Yəmən birliyi günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və firavanlıq arzulayıram`.


Teqlər:  



Xəbər lenti