"Əhali arasında panika yoxdur" - Azərbaycanın İsraildəki səfirliyi
!["Əhali arasında panika yoxdur" - Azərbaycanın İsraildəki səfirliyi "Əhali arasında panika yoxdur" - Azərbaycanın İsraildəki səfirliyi](https://azvision.az/photos/2023/10/6522a-1696770781-1696845139.jpg)
"Səfirliyin qaynar xətti 24 saat işləyir. Müraciətlər əsasən ölkədəki ümumi vəziyyət və təyyarə reysləri ilə bağlıdır. Əhali arasında panika yoxdur. Sabah AZAL-ın reysi olacaq. Israir Airlines şirkətinin bu gün, eləcə də 11 və 13 oktyabr tarixlərində reysləri var. İki ölkə arasında hazırda mütəmadi reyslər var", - diplomatik nümayəndəlikdən bildirilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
AzVision.az
Teqlər: