Qalın şiriftlərlə yazmaq istədikdə cümlənin əvvəlində və sonunda ulduz işarəsi (*), kursiv hərflərlə mesaj göndərmək üçün cümlənin əvvəlində və sonunda aşağıdan xətt (_), sözlərin üzərindən xətt çəkilməsi üçün isə təqribi bərabərlik (~) işarəti qoymaq lazımdır.

Bundan başqa, mesajları arxivləmək, oxunmamış kimi göstərmək, qrupdan çıxmaq kimi əmrləri tək həmlədə edə biləcəksiniz. Eləcə də mesajlaşma xidmətinin çoxlarının bəyənəcəyi yeniliyi tək rəngli divar kağızlarının mövcudluğu olacaq.
Qeyd edək ki, “Beta” yenilənmədən sonra istifadəçilər tədricən bundan istifadə etməyə başlayacaqlar.
İlkin Nəcəfzadə
AzVision.az