
21 may tarixində keçirilmiş İşçi Qrupun iclası 2024-cü ilin dekabrında Bakıda keçirilən nazirlərin görüşündə əldə olunmuş razılaşmaların davamı olaraq təşkil olunub. İclasda tərəflər Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı birgə Proqram layihəsini, onun icra mexanizmlərini və növbəti mərhələlər üzrə fəaliyyətləri müzakirə ediblər.

22–23 may tarixlərində nümayəndə heyəti XI Neva Beynəlxalq Ekoloji Konqresinin sessiyalarında iştirak edib. Konqres çərçivəsində keçirilən müzakirələrdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və transsərhəd ekoloji əməkdaşlığın inkişafı kimi aktual məsələlər diqqət mərkəzində olub.

AzVision.az