Sahibə Qafarova: "Azərbaycanla Gürcüstan arasındakı münasibətlər strateji xarakter daşıyır"

      Sahibə Qafarova:    "Azərbaycanla Gürcüstan arasındakı münasibətlər strateji xarakter daşıyır"
  23 May 2025    Oxunub:247
Bu gün iki müttəfiq dövlət olan Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji xarakter daşıyır və bu, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasında mühüm rol oynayır.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.

O qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında balanslaşdırılmış siyasət aparır və bu, digər ölkələr üçün nümunədir.

AzVision.az



Teqlər:





Xəbər lenti