Misirin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Nazir tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Misir münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, D-8 kimi çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
Görüşdə iki ölkənin liderlərinin 2023-cü və 2024-cü illərdə qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərə xüsusi təkan verdiyi qeyd olunub. Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizmlərinin intensivləşdirilməsi, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Misir səfiri Hişam Məhəmməd Nağı Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.
AzVision.az
Teqlər: