İlham Əliyev Ərdoğanla görüşdü - FOTOLAR (VİDEO)

İlham Əliyev Ərdoğanla görüşdü - FOTOLAR (VİDEO)
  10 Oktyabr 2016    Oxunub:2898
Oktyabrın 9-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra dövlət başçıları birgə şam ediblər.

***

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə türk həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, prezidentlərin görüşü İstanbulun Tarabya Köşkündə işgüzar şam yeməyi çərçivəsində baş tutub.

Mətbuata qapalı keçirilən görüş 1 saat 15 dəqiqə davam edib.









AzVision.az


Teqlər:  





Xəbər lenti