`Cavid Hüseynov günahsız idi` - Millət vəkili

Millət vəkili jurnalist Rasim Əliyevin ölümündə Cavid Hüseynovun günahsız olduğunu bildirib: “İnanıram ki, Cavid Hüseynov “Qəbələ” klubunda məşqlərə başlamaqla əvvəlki oyununu bərpa edəcək. Mən dəfələrlə demişəm, indi də deyirəm ki, həmin hadisədə Cavid Hüseynovun günahı olmayıb. Günahkar onun qohumudur. Dünyasını dəyişən jurnalist bizim yerlimizdir, Allah ona rəhmət eləsin. Onun ailəsi ilə görüşdə Cavidin günahsız olduğunu demişəm”.
Qeyd edək ki, ötən gün Bakı Apellyasiya Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə futbolçunun şikayəti təmin edilib. Cavid Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə onun cəzasını 4 ildən 1 il 2 aya endirib. Həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: