`Artıq məni heç kim burada görməyəcək` - Fuad Poladov
.jpg)
“Cəmi bir neçə saatdan sonra səhnəyə çıxacağam və rolumu ifa edəcəyəm. Bundan sonrakı faəliyyətimi Rus Dram teatrında davam etdirəcəyəm”.
Xalq Artisti, həmçinin sosial şəbəkələrdə pərəstişkarlarının sonuncu tamaşasına olan marağından söhbət açıb: “Bizə dəstək olan bütün tamaşaçılara minnətdaram. Onların sosial şəbəkələrdə yazıdıqları gözəl sözlərdən xəbərim var. Sonuncu tamaşama göstərdikləri diqqətə görə hər birinə təşəkkür edirəm. Sonuncu tamaşamı izləmək istəyən bütün tamaşaçılarıma hörmətimi ifadə edirəm, var olun. İnanıram ki, ədalət öz yerini tapacaq”.
Qeyd edək ki, Xalq artisti Fuad Poladov həmkarı Hikmət Rəhimovun “Azdrama”dan çıxarılmasına etiraz edərək istefa ərizəsi yazıb. Xalq artistinin istefasından sonra teatrda qalmaqal daha da böyüyüb. F.Poladov məsələyə soyuqqanı yanaşaraq istefa verdiyini təsdiqləyib və bu addımı H.Rəhimova görə atdığını bildirib.
Hafiz Əhmədov
AzVision.az