Qubada 2 uşaq atası öldürülüb - Video

Qubada 2 uşaq atası öldürülüb - Video
  16 Noyabr 2016    Oxunub:2243
Qubada qətl hadisəsi baş verib.
AzVision.az ARB-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb.

O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov iki uşaq atasıdır.

Qərib Babayev - Barlı kənd sakini: "Dedim kim bıçaqlayıb? Dedilər ki, Yusif. Guya dəlidir. Amma dəli deyil. Dəlixanaya aparmışdılar. Orada da 1 həftəyə yaxın saxlayıb, buraxıblar ki, bu dəli deyil. Adam ölüb. 2 uşağı yetim qalıb. Dili ağzında olmayan bir uşaq idi. O, bıçaqlanan insan mənim balam yaşında idi. Şokdayam söz deyə bilmirəm".

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Babayev saxlanılıb. Faktla bağlı Quba Rayon prokurorluğunda araşdırmalara başlanılıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti