Nuridə Allahyarova işdən çıxdı

Nuridə Allahyarova işdən çıxdı
  05 Dekabr 2016    Oxunub:6926
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova işdən çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə Nuridə Allahyarova özü sosial şəbəkədəki səhifəsində yazıb:

“Əziz dostlar, doğma Bakı Nəqliyyat Agentliyi ilə iş yollarımızı ayırdıq. Bu müddətdə yeni yaranan qurumumuza və şəxsən mənə ən böyük dəstək mediadan gəldi. Dostlar, haqqınızı halal edin”.

Qeyd edək ki, N.Allahyarova bu vəzifəyədək Binəqədi Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə, daha sonra “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətinə rəhbərlik edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti