Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu
  12 Dekabr 2016    Oxunub:1726
Bərdə rayonunda qəbiristanlıqdan mərmər sinə daşları oğurlanıb.
AzVision.az-ın məlumatına görə, Bərdə şəhər sakini Zülfü Əmrəliyev RPŞ-yə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti