Bakının mərkəzindəki yanğın söndürülüb - Yenilənib
AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, kiçik bir ərazidə baş verən yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
***
14:35
Bakının mərkəzində yaşayış binası yanır.
AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə paytaxtın Rəşid Behbudov küçəsində, 8 saylı məktəbin qarşısında yerləşən yaşayış binasında qeydə alınıb.
Binadakı evlərdən birində baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Kənan Məmmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


