Şair İlyas Tapdıq vəfat edib
![Şair İlyas Tapdıq vəfat edib Şair İlyas Tapdıq vəfat edib](https://azvision.az/photos/ilqar_resul_ve_2014122210.jpg)
O bildirib ki, İlyas Tapdıq bu gün axşam saatlarında evində vəfat edib. 82 yaşlı şair ürəyindən müalicə olunub.
Xatırladaq ki, şair və tərcüməçi İlyas Tapdıq 1930-cu ildə Gədəbəydə anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb.
Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.
AzVision.az