Dollar satan daha bir nəfər tutuldu

Dollar satan daha bir nəfər tutuldu
  26 Dekabr 2016    Oxunub:1502
Bakıda qanunsuz valyuta mübadiləsi aparan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qnyaz Mamedov rayon ərazisində 200 ABŞ dollarını qanunsuz satdığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 148 manat cərimə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti