Şəmkirdə 4 otaqlı ev yanıb

Şəmkirdə 4 otaqlı ev yanıb
  27 Dekabr 2016    Oxunub:1321
Şəmkir rayonunun Düyərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, dördotaqlı evin bir otağının tavanı və döşəməsi, zirzəmiyə yığılmış ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğınsöndürənlərin səyi nəticəsində mühafizə olunub. Yanğın saat 04:52-də söndürülüb.

AzVision.az




Teqlər:





Xəbər lenti