3 rayonda yanğın olub

3 rayonda yanğın olub
  03 Yanvar 2017    Oxunub:1501
Ağcabədi, Mingəçevir və Masallıda yanğınlar baş verib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Hindarx kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 76 m2 sahədə və dam örtüyü 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Mingəçevir şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər bir yanğın hadisəsi Masallı rayonunun Qasımlı kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti