Salyanda 3 otaqlı ev yanıb
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Yeni Uluxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az
Teqlər: