Milli Məclis bu gün yenidən toplanır

Milli Məclis bu gün yenidən toplanır
  07 Mart 2017    Oxunub:2532
Bu gün Milli Məclisinin (MM) 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib:

1. Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında

2. A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi haqqında

3. V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi haqqında

4. A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi haqqında

5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında

6. "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuşun davamı)

7. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

8. "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

9. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

10. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

11. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

12. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

13. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti