“Çıraqovların işi” ilə bağlı bu ay qərar veriləcək

“Çıraqovların işi” ilə bağlı bu ay qərar veriləcək
  07 Mart 2017    Oxunub:1737
“Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı mart ayında yekun qərar veriləcək.

Bu barədə AzVision.az-a Laçın rayonundan məcburi köçkün düşən Fəxrəddin Paşayev bildirib. O, qeyd edib ki, işə məcburi köçkünlərin vəkillərinin iştirakı ilə Avropa Parlamentinin Nazirlər Komitəsində baxılacaq.

“Mart ayında bizim işə baxılmalıdır. Ümumiyyətlə, bunun hüquqi məsələdən çox siyasi tərəfi var”.

F.Paşayev bildirib ki, onların təqdim etdikləri konsepsiyanın məbləği 2 milyon dollar civarındadır. “Mənim təqdim etdiklərim 2 milyon 400 min dollar civarındadır. Amma bunu Ermənistan tərəfi Avropa İnsan Hüquqları Konvensiyasına qoşulandan sonra hesablayır. Hardasa 1992-ci ildən yox, 2002-ci ildən hesablanır. Yəqin ki, bizim verdiyimiz rəqəmlərə yenidən baxılacaq”.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçib. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır. Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidir. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Çıraqovlar   AvropaMəhkəməsi  





Xəbər lenti