Birinci vitse-prezident Milli Məclisdə

Birinci vitse-prezident Milli Məclisdə
  07 Mart 2017    Oxunub:1802
Milli Məclisin növbəti plenar iclası başlayıb.
AzVision.az xəbər verir ki, iclasda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edir.

İclası açıq elan edən spiker Oqtay Əsədov Milli Məclis adından Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib.

"Mehriban xanım 12 ildir ki, deputatdır. Mehriban xanım dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb, beynəlxalq aləmdə fəal olub. Mehriban xanımın birinci vitse-prezident seçilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək. Bu qərara görə Milli Məclis adından cənab prezident İlham Əliyevə təşəkkür edirik”-deyə spker vurğulayıb.

Qeyd edək ki, ötən gün Mərkəzi Seçki Komissiyası (MSK) Mehriban Əliyevın müraciəti əsasında onun deputat mandatına xitam verilməsi ilə bağlı qərar qəbul edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MehribanƏliyeva   MilliMəclis  





Xəbər lenti