Mərkəzi Bankın rəhbərliyi ilə bağlı qərar verildi

Mərkəzi Bankın rəhbərliyi ilə bağlı qərar verildi
  07 Mart 2017    Oxunub:1306
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə dövlət başçısı tərəfindən namizədliyi irəli sürülən üzvlər təsdiq olunub.

AzVision.az xəbər verir ki, bu vəzifəyə üç nəfər - Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülüb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, bu il fevralın 28-də Prezident İlham Əliyev tərəfindən AMB-nin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı bu üç nəfərin namizədliyi irəli sürülmüşdü.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti