Ölkədən dollar çıxaran şəxs tutuldu
![Ölkədən dollar çıxaran şəxs tutuldu Ölkədən dollar çıxaran şəxs tutuldu](https://azvision.az/photos/dollars_110215_3_1488880825.jpg)
Vətəndaş saxlanılaraq həm əl çantasında, həm də üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Təkrar yoxlama zamanı əl çantasındakı ayaqqabının içində falqaya bükülmüş 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 10.000 ABŞ dolları aşkar edilib. Çantada olan kofe paketinin içində isə kofe dənəciklərinin arasında falqaya bükülmüş 400 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 40.000 ABŞ dolları aşkar olunub.
Şəxsi yoxlama zamanı isə vətəndaşın şalvarının cibində 13 ədəd - hər biri 100 ABŞ dolları, 2 ədəd - hər biri 50 ABŞ dolları, 2 ədəd - hər biri 20 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 1440 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Teqlər: DövlətGömrükKomitəsi dollar