Moskvada Məmmədyarova medal verildi - Foto
Nazir Elmar Məmmədyarov ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu xüsusi qeyd etdi və bu xüsusda qanunverici orqanların fəaliyyətini təqdir etdi.
İlyas Maqamed Salamoviç Umaxanov təmsil etdiyi qurum adından Elmar Məmmədyarova Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə “Federasiya Şurası. 20 il” medalını təqdim etdi. Nazir Elmar Məmmədyarov medala görə Federasiya Şurasına təşəkkürünü bildirdi.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: