Birinci vitse-prezidenti təbrik edirlər

Birinci vitse-prezidenti təbrik edirlər
  07 Mart 2017    Oxunub:1846
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Mehriban Arif qızı. Əlamətdar bayram – 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.

Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar. Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm”.

Bunda başqa Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

AzVision.az



Teqlər: #8mart   #MehribanƏliyeva  





Xəbər lenti