Cocuq Mərcanlıda raket tapılıb

Cocuq Mərcanlıda raket tapılıb
  07 Mart 2017    Oxunub:1033
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində raket tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AzVision.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə baxış keçirilib, 1 439 ədəd qəlpə, 1 ədəd PQ-7VL raketi aşkar edilib.

Nəticə etibarilə 42 064 kv.m ərazinin 7 464 kv.m-i əllə, 12 800 kv.m-i mexaniki üsulla, 21 800 kv.m-i isə minaaxtaran itlərin dəstəyi ilə yoxlanılıb.

Bundan başqa Füzuli rayonunun Qazaxlar kəndində mina tapılıb. Qazaxlar kəndi ərazisində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.

AzVision.az


Teqlər: CocuqMərcanlı   raket  





Xəbər lenti