Türkiyə vətəndaşları Azərbaycanda səs veriblər - Yenilənib

Türkiyə vətəndaşları Azərbaycanda səs veriblər - Yenilənib
  10 Aprel 2017    Oxunub:1632
Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar bu gün səs veriblər.

Bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərib.

Qeyd edək ki, Azərbaycanda altı mindən çox türkiyəli seçici qeydiyyata alınıb.

***
(10:40)

Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər.

Bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycanda altı mindən çox türkiyəli seçici qeydiyyata alınıb.

AzVision.az


Teqlər: Türkiyə   Referendum   Səsvermə  





Xəbər lenti