Prezident misirli həmkarına başsağlığı verib

Prezident misirli həmkarına başsağlığı verib
  09 Aprel 2017    Oxunub:1093
Bu gün Misirdə kilsələrdə törədilən partlayışda həlak olanlarla bağlı Azərbaycan prezidenti İlham Əliyev Misir prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

AzVision.az-ın məlumatına görə, Azərbaycan prezidenti bildirib ki, Misirdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıdıb.

Dövlət başçısı qeyd edib ki, dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik: “Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

AzVision.az


Teqlər: Prezident  





Xəbər lenti