Sürücülərin diqqətinə: Bu yollarda sürət həddi endirildi

Sürücülərin diqqətinə: Bu yollarda sürət həddi endirildi
  10 Aprel 2017    Oxunub:3747
Bakıda müşahidə edilən hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda əsas magistral yolda - Heydər Əliyev prospekti boyunca (şəhər mərkəzindən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə), həmçinin, Zığ dairəsindən Hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir.

AzVision.az


Teqlər: Bakı   Yol  





Xəbər lenti