Azərbaycan Cibutiyə yardım göndərdi

Azərbaycan Cibutiyə yardım göndərdi
  10 Aprel 2017    Oxunub:1562
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərib.
AzVision.az xəbər verir ki, humanitar yardım Heydər Əliyev beynəlxalq hava limanından "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərilib.

Yola salınan humanitar yardımlar qənd, şəkər tozu, kiloqram çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermeşil və içməli sudan ibarətdir.

AzVision.az


Teqlər: Azərbaycan   Cibuti   Yardım   FHN  





Xəbər lenti