Bakıda "Yehova şahidləri" saxlandı

Bakıda "Yehova şahidləri" saxlandı
  10 Aprel 2017    Oxunub:1705
Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Orucova Solmaz Məmməd qızına məxsus X.İsmayılov küçəsi, 5-ci massiv, ev 18 ünvanında və Ağaliyeva Sevil Babaəli qızına məxsus 1594-cü keçid, ev 24, mənzil 52 ünvanında “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqət üzvlərinin qanunsuz toplantı keçirdikləri aşkar edilərək qarşısı alınıb.

İki ünvanda 10-u azyaşlı uşaq olmaqla ümumilikdə 33 nəfər müəyyən edilib, həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib. Fakt üzrə müvafiq araşdırma və təhqiqat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Bakı   DİN   Təriqət  





Xəbər lenti