Səfirliklərin fəaliyyəti yoxlanılıb, nöqsanlar var

Səfirliklərin fəaliyyəti yoxlanılıb, nöqsanlar var
  10 Aprel 2017    Oxunub:1292
Hesablama Palatası Azərbaycan Respublikasının 3 səfirliyində 19 nöqsan aşkarlayıb.

AzVision.az xəbər verir ki, bunlar Azərbaycanın Tacikistan, Qırğızıstan və Bolqarıstanda fəaliyyət göstərən səfirlikləridir.

Adıçəkilən səfirliklərdə büdcə qanunvericiliyinin tələbləri ilə bağlı 7 (Tacikistan-3, Qırğızıstan-3, Bolqarıstan-1) muhasibat uçotu və hesabatlılıqla bağlı 11 (Tacikistan-6, Qırğızıstan-3, Bolqarıstan-2) nöqsan aşkarlanıb.

Həmçinin Azərbaycanın Qırğızıstandakı səfirliyində büdcə gəlirlərinin hesablanılması, yığılması və ödənilməsi üzrə 1 nöqsan aşkar edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: HesablamaPalatası  





Xəbər lenti