11 icra hakimiyyətində ciddi nöqsanlar aşkarlanıb
Adıçəkilən icra hakimiyyətlərində büdcə qanunvericiliyinin tələbləri ilə bağlı 49, əsaslı qoyuluşlar (tikinti) üzrə 24, dövlət satınalmaları ilə bağlı 34, mühasibat uçotu və hesabatlılıqla bağlı 49 nöqsan aşkar edilib.
Hesablamalar Palatasının hesabatına görə, dövlət əmlakı ilə bağlı Şirvan(1), Zaqatala(1), Hacıqabul(1) rayon icra hakimiyyətlərinin mənzil kommunal təsərrüfatı şöbələrində 3 nöqsan, büdcə gəlirlərinin hesablanması və yığılması üzrə Bakı (1), Zaqatala(1), Goranboy(1), Hacıqabul(2), Ağcabədi(1) şəhər və rayon icra hakimiyyətlərinin mənzil kommunal təsərrüfatı şöbələrində 6 nöqsan aşkar edilib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: HesablamaPalatası