Daha 3 dövlət qurumunda nöqsanlar tapıldı

Daha 3 dövlət qurumunda nöqsanlar tapıldı
  11 Aprel 2017    Oxunub:1641
“Azərbaycan Hava Yolları” QSC-də 9, “Bakımetropoliteni” QSC-də 20 və “Azəravtoyol” ASC-də 12 nöqsan aşkarlanıb.

AzVision.az xəbər evrir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Sənəddə qeyd edilib ki, büdcə qanunvericiliyinin tələbləri ilə bağlı “Bakımetropoliteni” QSC-də 3, “Azəravtoyol” ASC-də 1, əsaslı qoyuluşlar (tikinti) üzrə “Bakımetropoliteni” QSC-də 3, “Azəravtoyol” ASC-də 5, dövlət əmlakı ilə bağlı “Bakımetropoliteni” QSC-də 2, dövlət zəmanətli kreditlərin icrası üzrə “Bakımetropoliteni” QSC-də 1, dövlət satınalmaları ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-də 2, “Bakımetropoliteni” QSC-də 3 və “Azəravtoyol” ASC-də 3, büdcə gəlirlərinin hesablanılması, yığılması və ödənilməsi üzrə “Azərbaycan Hava Yolları” QSC-də 3, “Bakımetropoliteni” QSC-də 4, mühasibat uçotu və hesabatlılıqla bağlı “Azərbaycan Hava Yolları” QSC-də 4, “Bakımetropoliteni” QSC-də 4 və “Azəravtoyol” ASC-də 4 nöqsan aşkar edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: HesablamaPalatası  





Xəbər lenti