ABŞ Suriyaya desant göndərib - Məxfi əməliyyat

ABŞ Suriyaya desant göndərib - Məxfi əməliyyat
  17 Aprel 2017    Oxunub:2469
ABŞ-ın rəhbərliyi etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-əz–Zor şəhəri yaxınlığında desant qoşunları yerləşdirib. AzVision.az “Sky News Arabia”ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, hərbi əməliyyat İŞİD-in nəzarətində olan şəhərin şərq hissəsində həyata keçirilib. Desantlar əraziyə “Apache” helikopterləri ilə gətirilib.
Ümumilikdə hərbi əməliyyatda onlarla insan iştirak edib. Əməliyyatın əsas məqsədi İŞİD-in təminat məntəqələri və silah anbarını məhv etmək olub.

Əməliyyatın başlamasından 20 dəqiqə sonra hərbçilər ərazini tərk edib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: ABŞ   Suriya   Əməliyyat  





Xəbər lenti