Qarabağda erməni hərbçi yaralandı

Qarabağda erməni hərbçi yaralandı
  19 Aprel 2017    Oxunub:5899
Bu gün saat 18:20 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda xidmət aparan erməni hərbçi ağır güllə yarası alıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralanan hərbçi 1997-ci il təvəllüdlü Tatul Aramayis Harutyunyandır

Məlumata görə, o, hospitala yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   Düşmən   Yaralı  





Xəbər lenti