Rusiyalı hərbçi Ermənistanda itkin düşüb

Rusiyalı hərbçi Ermənistanda itkin düşüb
  19 Aprel 2017    Oxunub:2821
Ermənistan polisinin Şirak vilayəti üzrə idarəsi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisinin itkin düşdüyü barədə məlumat yayıb. “Əsgər Dmitriy Loşmanov aprelin 16-da alış-veriş üçün hərbi hissəni tərk etmiş və bir daha geri qayıtmayıb”, - deyə polisdən “RİA Novosti”yə polisdən bildirilib.
Məlumata görə, müqavilə əsasında xidmət çəkən D. Loşmanov ümumi yataqxanada yaşayıb. Hazırda onun barəsində axtarış elan edilib. (APA)

AzVision.az


Teqlər: Ermənistan   Gümrü   Rusiya   Hərbçi  





Xəbər lenti