Yük maşını sürünü vurdu, 82 qoyun tələf oldu

Yük maşını sürünü vurdu, 82 qoyun tələf oldu
  04 May 2017    Oxunub:1646
Göygöl rayonunda yük maşını qoyun sürüsünü vurub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mayın 2-də saat 18 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Qazax rayon sakini Vaqif Allahverdiyev idarə etdiyi "MAN" markalı qoşqulu yük avtomobili ilə yolun hərəkət hissəsində olan qoyun sürüsünü vurub. Hadisə nəticəsində 82 baş qoyun-quzu tələf olub, bir neçəsi isə yaralanıb.

AzVision.az


Teqlər: DİN   Qəza   Sürü  





Xəbər lenti